“Rapid” “Neftçi”yə qalib gəldi - YENİLƏNDİ

00:58 - 12 Avqust 2022

“Rapid” “Neftçi”yə qalib gəldi - YENİLƏNDİ

Avstriyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Rapid" (Vyana) və "Neftçi"nin start heyətləri açıqlanıb.

Manset.az  xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:

"Rapid": 45. Niklas Hedl, 6. Kevin Vimmer, 7. Nikolas Gerrit-Kün, 9. Qvido Burqştaller, 13. Torsten Şik, 20. Maksimimilan Hofmann, 22. Martin Kostselnik, 24. Patrik Qrayl, 27. Marko Qrüll, 29. Ante Bayiç, 34. Nikolas Satlberger

Ehtiyat oyunçular: 21. Bernhard Unger, 25. Paul Qartler, 5. Roman Kerşbaum, 8. Kristof Knasmüllner, 10. Yusuf Dəmir, 19. Mixael Sollbauer, 23. Yonas Auer, 28. Morits Osvald, 38. Ferdi Druif, 39. Rene Krivak, 41. Bernhard Zimmerman, 43. Leopold Kverfeld

Baş məşqçi: Ferdinand Feldhofer

"Neftçi": 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 2. Mert Çelik, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov

Baş məşqçi: Laurentsiu Regekampf

Qeyd edək ki, bu gün keçiriləcək "Rapid" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

***

Bu gün Vyanada UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda qarşılaşacaq Avstriyanın “Rapid” və paytaxtın “Neftçi” klublarının start heyətləri müəyyənləşib.

Turnirdə mübarizəni davam etdirən Bakı təmsilçisinin start heyətində İvan Brkiç, Mamadu Mbodj, Solomon Kvirkveliya, Voislav Stankoviç, Emin Mahmudov, Eddi İsrafilov, Azər Salahlı, Ataa Caber, Qodsvey Donyo, Kenni Sayef və Yusuf Laval yer alacaqlar.

“Rapid”in heyətində isə meydana Niklas Hedl, Kevin Vimmer, Nikolas Gerrit-Kün, Torsten Şik, Maksimimilan Hofmann, Martin Kostselnik, Patrik Qrayl, Marko Qrüll, Ante Bayiç, Nikolas Satlberger və Qvido Burqştaller çıxacaqlar.

Qeyd edək ki, Avstriyadakı “Alyans” stadionunda keçiriləcək “Rapid”–“Neftçi” matçı saat 22:30-da start götürəcək.

Səfər qarşılaşmasını norveçli hakim Rohit Saqqi idarə edəcək. Ona yan xətt hakimləri Qeyr İsaksen, Morten Yensen kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Sivert Öksnes Amland yerinə yetirəcək.

***

Matç başladı

***

İlk hissə bitdi.

***

Avstriyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində “Rapid” (Vyana) - “Neftçi” matçında ikinci hissə başlayıb. 

***

“Rapid” hesabı açdı. Qrull 67-ci dəqiqədə fərqləndi.

***

“Rapid” - “Neftçi” matçında əsas vaxt başa çatdı. Əlavə vaxt oynanılacaq.

***

İlk əlavə vaxt bitdi.

***

“Rapid” ikinci qolu vurdu. Duijf 112-ci dəqiqədə fərqləndi.

***

Oyun başa çatdı.Beləliklə Neftçi turnirdə mübarizəni dayandırdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az