UEFA Avropa Liqasında III təsnifat mərhələsi başa çatıb.
Manset.az xəbər verir ki, növbəti oyun günündə daha 6 cavab qarşılaşması keçirilib.
Türkiyənin “Fənərbağça” komandası Çexiyada “Slovaçko” klubunun qonağı olub. Klub İstanbuldakı ilk matçda rəqib komanda üzərində 3:0 hesablı qələbə qazanmışdı.
Beləliklə, səfərdə 1:1 hesablı heç-heçə edən Türkiyə təmsilçisi pley-off mərhələsinə yüksəlib.
Qeyd edək ki, pley-off mərhələsinin matçları avqustun 18-də və 25-də keçiriləcək.