İslamiadada skandal - Bu yarışın nəticələri ləğv edildi

19:33 - 13 Avqust 2022

İslamiadada skandal - Bu yarışın nəticələri ləğv edildi

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəylik Oyunlarında atletika yarışlarının nəticələri ləğv edilib.

Manset.az xəbər verir ki, buna səbəb naqillərdə yaranan nasazlıq səbəbindən vaxtın hesablanması düzgün aparılmamasıdır. 

Problemi isə yalnız yarışın dördüncü günündə texniki nasazlıq aradan qaldırılanda müəyyən etmək mümkün olub. Müzakirələrdən sonra qaçışın ilk üç gününün nəticələrinin etibarsız sayılması qərara alınıb.

Buna baxmayaraq, qaliblərdən medalların geri alınmaması və İslamiadanın komanda medal cədvəlində dəyişiklik edilməməsi qərara alınıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az