Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycan 12-ci qızıl medalını qazanıb.
Manset.az report-a istinadən xəbər verir ki, yunan-Roma güləşçisi Həsrət Cəfərov finalda Amantur İsmayılova (Qırğızıstan) qalib gələrək qızıl medala yiyələnib.
Bu, güləşçilərimizin 8-ci, ümumilikdə Azərbaycanın 12-ci qızıl medalıdır.
***
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb.
Manset.az report-a istinadən xəbər verir ki, bədii gimnastların fərdi çıxışından sonra ölkə yekun sıralamada birinci olub.
Azərbaycan 252.300 xalla bütün iştirakçı komandaları qabaqlayıb.
Bu, ölkənin İslamiadada 11-ci qızıl medalıdır.