“Qarabağ” “Sumqayıt”ın müqavimətini əlavə olunmuş dəqiqələrdə qıra bildi – VİDEO

21:13 - 13 Avqust 2022

“Qarabağ” “Sumqayıt”ın müqavimətini əlavə olunmuş dəqiqələrdə qıra bildi – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, günün ilk matçında ölkə çempionu “Qarabağ” “Sumqayıt”ın qonağı olub.

“Kapital Bank Arena”dakı qarşılaşma olduqca gərgin mübarizə şəraitində keçib.

90 dəqiqə boyunca rəqibinin müqavimətini qıra bilməyən “köhlən atlar” əlavə olunmuş 4-cü və 8-ci dəqiqələrdə vurduğu iki qolla yekunda qələbə qazana bilib.

Ağdamlıların heyətində Musa Qurbanlı və Filip Ozobiç fərqlənib.

Bu nəticə ilə xallarının sayını 6-ya çatdıran, “Qarabağ” turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. “Sumqayıt” isə ikinci oyundan sonra da xalsızdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az