“Sabah” vahid lider oldu – VİDEO

22:38 - 28 Avqust 2022

“Sabah” vahid lider oldu – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.

 

Manset.az xəbər verir ki, turun son matçında “Qəbələ” “Sabah”ı qəbul edib.

Qəbələ şəhər stadionunda keçirilən mərkəzi qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Paytaxt təmsilçisindən qolları 48-ci dəqiqədə Davit Volkov və 64-cü dəqiqədə Coy Lens Mikels vurublar.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran “Sabah” vahid lider olub. “Qəbələ” isə 9 xalla 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az