"Qarabağ" "Nant"la oyunda bir dəqiqəlik sükut məsələsinə aydınlıq gətirdi

13:37 - 15 Sentyabr 2022

\"Qarabağ\" \"Nant\"la oyunda bir dəqiqəlik sükut məsələsinə aydınlıq gətirdi

Bu gün Bakı vaxtı ilə saat 20:45-də “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Fransanın “Nant” klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi matçdan öncə Ermənistan təxribatı nəticəsində şəhid olan həmvətənlərimizlə bağlı bir dəqiqəlik sükut elan edilməsi üçün UEFA-ya müraciət etmişdi. Lakin UEFA bu müraciətə müsbət cavab verməyib.

 

"Qarabağ" klubunun mətbuat katibi Gündüz Abbaszadə Manset.az-a bildirib ki, UEFA bu müraciətə müsbət cavab vermədiyinə görə matçdan öncə bir dəqiqəlik sükut olmayacaq.Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçusu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az