logo
logo logo
logo

"Formula-1" üzrə Azərbaycan Qran-prisi - Rəsmi yarış cədvəli açıqlandı  

14:23 - 21 Sentyabr 2026

\"Formula-1\" üzrə Azərbaycan Qran-prisi - Rəsmi yarış cədvəli açıqlandı  

Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin yarış həftəsinin rəsmi cədvəli açıqlanıb.


Manset.az xəbər verir ki, Bakı Şəhər Halqasında baş tutacaq yarış həftəsi sentyabrın 24-də başlayacaq.

Yarış proqramına əsasən, sentyabrın 24-də bolidlər yerli vaxtla 12:30-13:30-da birinci, 16:00-17:00-da isə ikinci sərbəst yürüş üçün trekə çıxacaqlar.

Sentyabrın 25-də saat 12:30-13:30-da üçüncü sərbəst yürüş keçiriləcək. Həmin gün saat 16:00-17:00-da əsas yarışın start düzülüşünü müəyyənləşdirəcək sıralanma turu baş tutacaq.

Azərbaycan Qran-prisinin qalibini müəyyənləşdirəcək əsas yarış sentyabrın 26-da saat 15:00-da start götürəcək.

"Formula-1" üzrə Azərbaycan Qran-prisi

24 sentyabr, cümə axşamı

12:30-13:30 - Birinci sərbəst yürüş (FP1);

16:00-17:00 - İkinci sərbəst yürüş (FP2).

25 sentyabr, cümə

12:30-13:30 - Üçüncü sərbəst yürüş (FP3);

16:00-17:00 - Sıralanma turu.

26 sentyabr, şənbə

15:00 - Əsas yarış.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az