Şamaxıda Üzüm və Şərab Festivalı davam edir.
Manset.az xəbər verir ki, festivalın ikinci günündə qonaqları zəngin proqram gözləyir.
Gün ərzində müxtəlif yaş qrupları üçün əyləncəli fəaliyyətlər festival proqramına xüsusi rəng qatacaq. Qonaqlar müxtəlif müsabiqə və viktorinalarda iştirak edəcəklər. Həmçinin ziyarətçilər müxtəlif təqdimatlar, interaktiv şoular, konsert proqramları da izləyə biləcəklər.
Bu gün festivalın əyləncədolu proqramında Avroviziya təmsilçimiz Dilarə Kazımova, Teymur Süleymanbəyli, Xalq artisti Zülfiyyə Xanbabayeva, eləcə də DJ Kamonun çıxışları olacaq.