“Mançester Yunayted”in 15 yaşlı hücumçusu Cey-Cey Qabriel klubdan ayrılmaq niyyətindədir.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, Qabriel hazırda Barselonadadır. O, cümə axşamı Parisdə olub.
Gənc futbolçu daha əvvəl “Mançester Yunayted”dən qeydiyyatının ləğv olunmasını istəyib. Qabriel və onun ətrafını futbolçunun hələ əsas komandada debüt etməməsi qane etmir.
Qabriel atasının irland kökləri sayəsində Avropa İttifaqı pasportu da əldə edə bilər. Bu isə ona 18 yaşına çatmamış Avropa klubuna keçməyə imkan verə bilər.
Futbolçuya “Barselona”, “Real”, “Bavariya” və PSJ-nin maraq göstərdiyi bildirilir.
Hazırda “Mançester Yunayted”in Qabriellə mövsümün sonuna qədər qüvvədə olan müqaviləni pozmaq niyyəti yoxdur.