Futbol üzrə Türkiyə Superliqasında daha bir oyun keçirilib.
Manset.az xəbər verir ki, VI turun mərkəzi qarşılaşmasında "Qalatasaray" "Trabzonspor"un qonağı olub.
Qara dəniz təmsilçisi rəqibini dörd cavabsız qolla məğlub edib.
Meydan sahiblərinin heyətində Məhəmməd Salah 4, 44 və 80-ci dəqiqələrdə fərqlənərək het-trik edib. Digər qolu 39-cu dəqiqədə Noa Saviolo vurub.
İstanbul təmsilçisi hələlik 13 xalla birinci pillədə qərarlaşıb. "Trabzonspor" 10 xalla beşinci sıradadır.