Astarada ağır yol nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, hadisə rayonun ucqar dağ kəndi olan Təxtənəkəranda qeydə alınıb.
Belə ki, hərəkətdə olan Samid Həmidovun idarə etdiyi "Ford Transit" markalı yük avtomobili, qarşıdan gələn Astara rayonunun Miki kənd sakini 1957-ci il təvəllüdlü Gülağa Ağahəsən oğlu Əliyevin idarə etdiyi "Niva" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Toqquşmadan sonra "Ford Transit" markalı yük avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində "Niva" markalı nəqliyyat vasitəsinin sürücüsü və avtomobildə sərnişin qismində olan, sürücünün oğlu Astara rayonunun Rinə kənd sakini 1980-cı il təvəllüdlü Rüstəm Gülağa oğlu Əliyev, eləcə də Rinə kənd sakinləri 2007-ci il təvəllüdlü Elvin Fərhad oğlu Əliyev və 2008-ci il təvəllüdlü Şəhram Rüstəm oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Vəziyyətləri daha ağır olan G.Əliyev və R.Əliyeyev reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlər onlara dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin ediblər.
İlkin məlumata görə "Ford Transit" markalı nəqliyyat vasitəsinin əyləc sistemində nasazlıq yaranıb və onun "Niva" ilə toqquşması qaçılmaz olub.
Qəzada "Ford Transit"in sürücüsü xəsarət almayıb.
Qeyd edək ki, sözügedən yol enişli-yoxuşludur.
Faktla bağlı araşdırma aparılır.