Afinanın Vouliagmeni çimərliyində şezlonqdan istifadə üstündə 76 və 82 yaşında iki kişi arasında başlayan mübahisə faciə ilə nəticələnib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı tərəflər arasında şezlonq məsələsinə görə mübahisə yaranıb. Şahidlərin sözlərinə görə, mübahisə qısa müddətdə şiddətli davaya çevrilib və digər şəxslər də insidentə qoşulub.
Dava nəticəsində 82 yaşlı kişi həyatını itirib.