logo
logo logo
logo

Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edir - Yəməndə gərginlik artır

11:50 - 21 Sentyabr 2026

Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edir - Yəməndə gərginlik artır

Yəmənin Qırmızı dəniz sahilində yerləşən Babülməndəb boğazı, Taiz və Marib kimi strateji cəbhə bölgələrində husilərlə hökumət qüvvələri arasında döyüşlər şiddətlənib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi beynəlxalq koalisiya isə gəmiçilik təhlükəsizliyini təmin etmək və husilərin irəliləyişinin qarşısını almaq məqsədilə bölgədə əməliyyatlarını və hava patrullarını gücləndirib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü, briqada generalı Türki əl-Maliki husilərin Səudiyyə Ərəbistanının cənubundakı Abha, Xamis Müşayt və Taif şəhərlərini hədəf alan ballistik raket və partlayıcı yüklü pilotsuz uçuş aparatlarının (PUA) zərərsizləşdirildiyini açıqlayıb.

Həmçinin husilərin dünən səhər Ər-Riyada doğru ballistik raket atdığı, raketin Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri tərəfindən havada məhv edildiyi bildirilib. Husilər isə Ər-Riyaddakı bəzi “həssas obyektləri” hədəfə aldıqlarını və Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin Yanbudakı obyektlərinə zərbələr endirdiklərini iddia edib.

Hücumlar nəticəsində mülki infrastruktura cüzi ziyan dəydiyi və bəzi mülki şəxslərin yaralandığı bildirilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az