Şri-Lankanın şimalında məzarlığın genişləndirilməsi zamanı təsadüfən aşkarlanan kütləvi məzarlıqda 572 nəfərə aid insan qalıqları müəyyən edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə onilliklərlə davam edən vətəndaş müharibəsi zamanı yaxınlarını itirən ailələr onların taleyinin araşdırılmasını və ədalətin təmin olunmasını tələb edir.
Hadisə ötən ilin fevralında Jaffna bölgəsinin Chemmani ərazisində krematoriya sahəsinin genişləndirilməsi üçün aparılan qazıntılar zamanı baş verib. İşçilər torpağın altından insan qalıqları aşkar etdikdən sonra ərazidə qazıntı işlərinə başlanılıb.
Qazıntıların üçüncü mərhələsi avqust ayında başa çatıb. İşlər zamanı aralarında uşaqlar və körpələrin də olduğu 572 nəfərə aid skelet qalıqları aşkarlanıb.
Ərazidən ölən şəxslərə aid olduğu ehtimal edilən bilərziklər, məktəb çantaları və uşaq butulkaları kimi əşyalar da tapılıb.
Aşkarlanan ərazinin Şri-Lankada indiyədək üzə çıxarılan ən böyük kütləvi məzarlıq olduğu bildirilir.