logo
logo logo
logo

İranda dərman böhranı - Minlərlə xəstə müalicə ala bilmir

11:43 - 21 Sentyabr 2026

İranda dərman böhranı - Minlərlə xəstə müalicə ala bilmir

İranda müharibə və ABŞ-ın tətbiq etdiyi sanksiyaların ağırlaşdırdığı iqtisadi böhran dərman təminatını da iflic edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə təxminən 800 adda dərman çatışmazlığı yaşanır, xroniki və ağır xəstəliklərdən əziyyət çəkən minlərlə insan ehtiyac duyduğu müalicəyə çıxışda çətinlik çəkir.

Dərman qiymətlərinin sürətlə bahalaşması səbəbindən bəzi xəstələr dərman dozalarını azaltmağa, həkim müayinələrini təxirə salmağa və ya daha ucuz, lakin daha az təsirli preparatlara üstünlük verməyə məcbur qalırlar.

Ölkədə 18 mindən çox aptek sığorta şirkətlərindən ödənişlərin həyata keçirilməsini gözləyir. Sığorta borclarının təxminən 300 milyon dollara çatdığı bildirilir. Apteklər aylarla ödəniş ala bilmədikləri üçün dərman ehtiyatlarını yeniləməkdə çətinlik çəkirlər.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az