“Birinci hissədə biz oynadıq. Nə etdiksə də, qol vura bilmədik. “Qarabağ” isə ikinci hissədə istifadə etdi. 12-dəqiqəyə 3 qol vurdular. Onlara “afərin” deyirəm”.
Manset.az xəbər verir ki, bu sözləri “Nant”ın baş məşqçisi Antuan Kombuare deyib.
O, UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ”a 0:3 hesablı məğlubiyyətdən danışıb.
Daha sonra o, sualları cavablandırıb:
- Sosial mediada azarkeşlər yazırdı ki, Azərbaycan klubuna uduzsanız, Fransaya qayıtmayın. Onlara nə cavab verəcəksiz?
- Sosial mediada haqqımızda yazılanlara fikir vermirəm. Ölkəmizə qayıdacağıq. Oyunumuz var.
- Qrup mərhələsinin püşkü atılanda gözünüzdə canlandırdığınız kimidir hər şey?
- Bizim hələ qarşıda 4 oyunumuz var. “Qarabağ”ın da 3 xalı var, bizim də. Qarşıdakı oyunlarda hər şey ola bilər.
- “Qarabağ” haqqında düşüncələriniz necədir?
- Azərbaycan klubu haqqında danışmışdım və güclü olduğunu demişdim. Amma 0:3 uduzmağımızı düşünmürdüm. Biz isə 20 ildir ki, avrokuboklarda oynamırıq. “Qarabağ”ın təcrübəsi böyükdür.
- “Qarabağ”a hansı komponentdə uduzdunuz? Və ya məşqçilərin duelində Qurban Qurbanova məğlub oldunuz?
- Əsas o idi ki, biz birinci hissədə qol vurmaq istəyirdik, amma bacarmadıq. Futbolda “vurmayana vurarlar” prinsipi işə düşdü. “Qarabağ”ın pressinqinə dözə bilmədik və müdafiədə səhvlər etdik.