“Tribunaya baxıb insanların sevincini görmək istəyirdim” - Qurban Qurbanov

23:21 - 15 Sentyabr 2022

“Tribunaya baxıb insanların sevincini görmək istəyirdim” - Qurban Qurbanov

“Dünən fikirlərimi bildirdiyim kimi, qalib gəlməyimizə baxmayaraq çətindir danışmaq. Bu gün eşidəndə ki, 21 şəhidimiz var, üzüldük. Onun müzakirəsi gedirdi futbolçuların arasında. Futbolçularda həyəcan var idi. Bilirik ki, 10 milyonluq xalq bizdən qələbə gözləyir. Siz də hiss etdiniz ki, ilk hissənin əvvəlində həyəcan var idi. Çox ağır idi. Allah şəhidlərimizə rəhmət eləsin. Kənardan baxanda sevincli kimi görünsək də, ürəyimiz əsgərlərimizlədir. Çox məmnunam ki, qalib gəldik”.

Manset.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Fransanın “Nant” klubu üzərində 3:0 hesablı qələbədən danışıb. Daha sonra o sualları cavablandırıb:

- Komandanı belə günlərdə oyuna necə hazırladız?

- Qrup mərhələsinə öncədən hazırlaşmışdıq. Daha çox dünəndən bir yerdə idik. Düşünürdük ki, oyunun əvvəlində diqqətli olaq. Çalışırdıq ki, rəqibi düzgün analiz etdik. Həyəcan olsa da, get-gedə matçın gedişində hər şey düzəldi. Futbolçularıma təşəkkür edirik. Onlara mütləq biz udmalıyıq sözlərini demədim. Daha çox dost kimi hazırlaşdıq.

- Oyunun ilk 20-25 dəqiqəsində çox həyəcanlı idiz. Nə olmuşdu və sonra bunu necə keçdiz?

- İstər-istəməz cəbhədə olanlar müzakirə olunurdu. Hər kəsin diqqəti orda idi. Futbolçuların üzərinə getmədən müzakirə etdik. Hətta bilirdik ki, rəqib üzərimizə gələcək. Futbolçular avrokubok təcrübəsindən yararlanıb gedişatı dəyişdilər. Onlara demişdim ki, yanınızdayam.

- Ovusu qol vurandan sonra 10-15 saniyə azarkeşlərə baxdınız. Nə hisslər keçirirdiniz?

- Bəlkə də insanların sevincini görmək istəyirdim. Ona görə baxmışdım.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az