“Yuventus” autsayderə uduzdu - VİDEO

19:55 - 18 Sentyabr 2022

“Yuventus” autsayderə uduzdu - VİDEO

“Yuventus” A Seriyasının 7-ci turunda səfərdə “Monza”ya uduzub.

 

Manset.az xəbər verir ki, oyun ev sahiblərinin minimal üstünlüyü ilə başa çatıb – 1:0.

Matçın 40-cı dəqiqədə turinlilər azlıqda qalıblar. Belə ki, Anxel Di Maria rəqibin qarnına dirsəklə vurduğuna görə meydandan qovulub.

Yeganə qolu isə 74-cü dəqiqədə meydan sahiblərinin danimarkalı hücumçusu Kristian Qutkyaer vurub. Bununla da "Monza" çempionatda ilk qələbəsini qazanmış oldu.

Qeyd edək ki, “Yuve” son 8 matçda cəmi 1 qələbə qazanıb. Massimiliano Alleqrinin komandası A Seriyasında 10 xalla 8-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az