“Qarabağ”ın rəqibi baş məşqçini istefaya göndərdi

09:24 - 19 Sentyabr 2022

“Qarabağ”ın rəqibi baş məşqçini istefaya göndərdi

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın “Olimpiakos” klubu baş məşqçisi Karlos Korberanla yollarını ayırıb.

 

Manset.az xəbər verir ki, Pirey təmsilçisinin rəsmi saytı xəbər verir ki, 39 yaşlı mütəxəssis “Aris”ə səfərdə 1:2 hesabı ilə uduzduqları V tur oyunundan sonra istefaya göndərilib.

Qeyd edək ki, ispaniyalı baş məşqçi avqustun 2-də bu posta təyin olunub. “Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az