Qırğızıstan millisi Azərbaycana gələ bilmədi

17:51 - 19 Sentyabr 2022

Qırğızıstan millisi Azərbaycana gələ bilmədi

Bu gündən sentyabrın 27-dək Bakıda təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.

 

Manset.az AFFA-ya istinadən xəbər verir ki, sentyabrın 24-də Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılan Azərbaycan – Qırğızıstan yoldaşlıq oyunu baş tutmayacaq. Buna səbəb Qırğızıstan millisinin Azərbaycana səfər edə bilməməsidir.
 
U-21 sentyabrın 27-də, Bakı Olimpiya Stadionunda Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az