"Qarabağ"ın rəqibi "Qalatasaray"ın hücumçusunu birfədəlik transfer edir

23:39 - 20 Sentyabr 2022

\"Qarabağ\"ın rəqibi \"Qalatasaray\"ın hücumçusunu birfədəlik transfer edir

"Qarabağ"ın UEFA Avropa Liqasının G qrupundakı rəqiblərindən olan Fransa "Nant"ı cari mövsümün əvvəlində Türkiyə "Qalatasaray"ından icarəyə götürdüyü misirli futbolçu Mustafa Məhəmmədi birdəfəlik transfer edəcək.

Manset.az "Habertürk"ə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi 11 oyuna 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 25 yaşlı forvardın keçidi üçün yaxın günlərdə İstanbul klubu ilə danışıqlara başlayacaq.

"Cim-Bom" futolçusuna 5,750 milyon avro qiymət qoyub.

Qeyd edək ki, "Qarabağ" və "Nant" arasında ilk qarşılaşmada Bakıda keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüşdə "köhlən atlar" rəqibini darmadağın edib - 3:0.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az