Millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” oyunçunu yığmada ilk qolunu vurması münasibəti ilə təbrik edib.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, İsveçrə klubu sosial şəbəkə hesablarında Dadaşovun şəklini paylaşaraq bu sözləri yazıb:
“Renat Millətlər Liqasının dünənki qələbəsində Azərbaycan millisinin heyətində ilk qolunu vurub. Təbriklər Renat”.
Qeyd edək ki, R.Dadaşov Millətlər Liqasının 5-ci turunda Slovakiya ilə matçda (2:1) millimizin birinci qolunun müəllifi olub. Bununla da o, yığmamızda ilk qolunu vurub.