İspaniya millisi 19 ildən sonra doğma meydanda məğlub oldu

10:16 - 25 Sentyabr 2022

İspaniya millisi 19 ildən sonra doğma meydanda məğlub oldu

Futbol üzrə İspaniya millisi 19 ildən sonra ilk dəfə evdə rəsmi matçda məğlub olub.

Manset.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandanın məğlubiyyətsiz oyunlar seriyası Millətlər Liqasının V turunda İsveçrə ilə görüşdə başa çatıb.

Rəqibinə 1:2 hesabı ilə uduzan yığma 56-cı ev qarşılaşmasında yenilib.

Pireneylilər daha əvvəl 2003-cü ildə AVRO-2004-ün seçmə mərhələsində Yunanıstana doğma meydanda 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, İspaniya millisi sonuncu turda sentyabrın 27-də Portuqaliyanın qonağı olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az