Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 5 mükafat qazandılar - FOTO

21:46 - 25 Sentyabr 2022

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 5 mükafat qazandılar - FOTO

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Wtt Youth Contender Tbilisi” turnirinə yekun vurulub.

 

Manset.az xəbər verir ki, yarışın son günündə seçmə komandanın iki üzvü mükafatlar uğrunda mübarizə aparıb. 11 yaşadək tennisçilərin turnirində etimadı layiqincə doğruldan Yağmur Məmmədli bütün rəqiblərini üstələyərək yarışın baş mükafatını qazanıb.

15 yaşadək idmançıların turnirindəki tennisçimiz Mərziyyə Nurmətova isə yalnız gərgin mübarizə ilə yadda qalan final görüşündə iranlı rəqibinə 2:3 hesabı ilə uduzaraq 2-ci yerlə kifayətlənib.

Xatırladaq ki, yarışın əvvəlki günlərində Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutub.

Beləliklə, yeniyetmələrdən ibarət Azərbaycan seçmə komandası 18 ölkə idmançılarının qatıldığı turniri 5 mükafatla başa vurub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az