“Qarabağ”ın rəqibi Pasxalakisin transferini rəsmiləşdirdi

23:55 - 29 Sentyabr 2022

“Qarabağ”ın rəqibi Pasxalakisin transferini rəsmiləşdirdi

Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" komandası qolkiper Aleksandros Pasxalakisin transferini rəsmiləşdirib.

 

Manset.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı qapıçı ilə müqavilə imzalansa da, sözləşmənin detalları açıqlanmayıb.

Pirey təmsilçisinin A. Pasxalakisi Tomaş Vatslikin Çexiya millisinin düşərgəsində zədələnməsinə görə transfer edib.

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az