“Olimpiakos”un baş məşqçisi “Qarabağ”la baş tutacaq oyun barədə DANIŞDI

19:16 - 05 Oktyabr 2022

“Olimpiakos”un baş məşqçisi “Qarabağ”la baş tutacaq oyun barədə DANIŞDI

“Qarabağ”a qalib gəlmək istəyirik. Bunu bacara bilərik".

 

Manset.az report-a istinadən xəbər verir ki, bunu “Olimpiakos”un baş məşqçisi Miçel Qonsales Yunanıstanda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis bildirib ki, 3 xal qazanmaqdan başqa düşüncələri yoxdur:

“Hansı komandanı təmsil etdiyimizi yaxşı bilirik. Mənim oyun fəlsəfəm ancaq qələbəyə hesablanıb. İlk addımı atmalıyıq”.

Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az