Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Almaniyanın “Frayburq” klıubu ilə qarşılaşacaq “Qarabağ”ın 1/16 finala adlayacağı halda qarşılaşacağı rəqiblərinin adına aydınlıq gəlib.
Manset.az xəbər verir ki, Qurban Qurbanovun komandası qrup ikinci pillədə tərk edərsə, Çempionlar Liqasının qrup mərhələsində 3-cü yeri tutan 8 komandadan biri ilə üz-üzə gələcək.
Həmin komandalar aşağıdakılardır:
“Ayaks”
“Bayer” (Leverkusen),
“Barselona”
“Sportinq” (Lissabon),
“Zalsburq”
“Şaxtyor” (Donetsk),
“Sevilya”
“Yuventus”