Yunanıstanda sentyabrın 11-17-də 46 yeni Qərbi Nil virusu infeksiyası qeydə alınıb, 3 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bununla da ilin əvvəlindən virus səbəbilə ölənlərin sayı 33-ə, yoluxma hallarının sayı isə 370-ə çatıb.
Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının (EODY) məlumatına görə, ölkədə sentyabrın 11-17-də 46 yeni Qərbi Nil virusuna yoluxma halı aşkarlanıb.
İlin əvvəlindən sentyabrın 17-dək qeydə alınan yoluxma hallarının sayı 370-ə çatıb. Virus səbəbilə həyatını itirənlərin sayı isə 3 nəfər artaraq 33 olub.