“Qarabağ” qələbə qazandı - YENİLƏNDİ

23:43 - 16 Fevral 2023

“Qarabağ” qələbə qazandı - YENİLƏNDİ

Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” və Belçika “Gent”i arasında qarşılaşmada təmsilçimiz qələbə qazanıb. Azərbaycan təmsilçisi görüşdə minimal hesablı qələbəyə sevinib.

23:21

Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” və Belçika “Gent”i arasında qarşılaşmada hesab açılıb. Komandamızın heyətində 78-ci dəqiqədə L.Andrade fərqlənib.

22:55

Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” və Belçika “Gent”i arasında keçirilən qarşılaşmada 51-ci dəqiqədə təmsilçimiz penalti vurmaq imkanı qazanıb. “Qarabağ”ın heyətində Ramil Şeydayev zərbəni dəqiq yerinə yetirə bilməyib.

22:48

Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” və Belçika “Gent”i arasında keçirilən qarşılaşmanın ikinci hissəsi start götürüb.

22:33

Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” və Belçika “Gent”i arasında keçirilən qarşılaşmanın ilk hissəsi qolsuz bərabərsizliklə yekunlaşıb. 

21:45

Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” və Belçika “Gent”i arasında keçirilən qarşılaşma start götürüb.

20:35

Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək “Qarabağ” və Belçika “Gent”inin start heyətləri açıqlanıb.

 

Manset.az xəbər verir ki, Avropa futbol qurumunun rəsmi saytında verilən məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ”: 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 8. Marko Yankoviç, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

“Gent”: 33.Deyvi Rof, 2.Cozef Okumu, 5.Mişel Nqadye-Nqacui, 7.Xönseok Xon, 11.Uqo Kuypers, 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 20. Villi Orban, 23.Cordan Torunariqa, 24.Sven Kums, 31.Bruno Qodo

Baş məşqçi: Heyn Vanhazebruk

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az