Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək

09:51 - 17 Fevral 2023

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.

 

Manset.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

14 xalla sonuncu pillədə qərarlaşan “Kəpəz” 16 xalla 8-ci sırada yer alan “Şamaxı”nı qəbul edəcək.

Komandalar indiyədək ölkə çempionatında 32 dəfə üz-üzə gəliblər. Bunların 7-də Gəncə təmsilçisi, 17-də Şamaxı klubu qələbə qazanıb. 8 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də “sarı-göylər” rəqibindən geri qalır - 31:54.

Son üç qarşılaşmada hər iki komanda qol vurub. “Kəpəz” üç oyundur uduzmur.

Azərbaycan Premyer Liqası

XXIII tur

17 fevral (cümə)

14:00. “Kəpəz” - “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, İnqilab Məmmədov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Gəncə şəhər stadionu.

Qeyd edək ki, turun “Qəbələ” - “Sumqayıt” və “Neftçi” - “Səbail” matçları fevralın 18-də, “Zirə” - “Qarabağ” və “Sabah” - “Turan Tovuz” görüşləri isə fevralın 19-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az