Həftənin ən yaxşı futbolçusu məlum oldu

18:52 - 17 Fevral 2023

Həftənin ən yaxşı futbolçusu məlum oldu

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk 4 oyunundan sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

 

Manset.az xəbər verir ki, bu ada Portuqaliyanın “Benfika” klubunun futbolçusu Fredrik Aursnes layiq görülüb.

Norveçli yarımmüdafiəçi səsvermədə Almaniyanın “Borussiya” (Dortmund) klubundan Kərim Adeyemi, “Bavariya”dan Kinqsli Koman və İtaliyanın “Milan” komandasından Rafael Leaonu qabaqlayıb.

Qeyd edək ki, 28 yaşlı oyunçu Belçikada "Brügge"ni 2:0 hesabı ilə məğlub etdikləri matçda start heyətində meydana çıxıb və sonadək əvəzlənməyib. Lakin təcrübəli futbolçu qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az