Yankoviçi qabaqlayaraq ən yaxşı seçildi

23:39 - 17 Fevral 2023

Yankoviçi qabaqlayaraq ən yaxşı seçildi

Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

 

Manset.az xəbər verir ki, bu, Kipr AEK-indən (Larnaka) Anxel Qarsiya olub.

30 yaşlı yarımmüdafiəçi Ukraynanın "Dnepr-1" komandasına 1:0 hesabıyla qalib gəldikləri oyunda yeganə qolun müəllifi olub.

Xatırladaq ki, Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç də namizəd idi. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az