İki cüdoçumuz finalda

19:55 - 18 Fevral 2023

İki cüdoçumuz finalda

İsrailin Tel-Əviv şəhərində təşkil olunan cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.

 

Manset.az xəbər verir ki, Azərbaycanın iki cüdoçusu yarışda finala yüksəlib.

Bunlar Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauridir (100 + kq). Onlar qızıl medal uğrunda qarşılaşmada müvafiq olaraq niderlandlı Mixael Korrel və monqolustanlı Tsetsensengel Odxugiyn ilə üz-üzə gələcəklər.

Məmmədəli Mehdiyev (90 kq) bürünc medal uğrunda görüşdə braziliyalı Rafael Makedonla görüşəcək.

Yarışın son günündə mübarizəyə qoşulmuş digər Azərbaycan cüdoçusu Camal Qamzatxanov (100+ kq) isə 1/8 finalda uduzaraq medalsız qalıb. //Bizim.Media


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az