Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə görüşdü

18:40 - 28 Fevral 2023

Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə görüşdü

FIFA-nın prezidenti Gianni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

 

Manset.az Milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə FIFA və AFFA arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, FIFA-nın dəstəyi ilə Azərbaycanda həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb.

R.Abdullayev futbolun inkişafı ilə bağlı görülən işlər barədə FIFA prezidentinə məlumat verib. Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə ediblər.

FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov görüşdə iştirak edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az