“Atletiko” “Qranada”nın hücumçusu Samou Omorodioneni transfer edib.
Manset.az klubun saytına istinadən xəbər verir ki, nigeriyaəsilli ispaniyalı oyunçu ilə 5 mövsümlük müqavilə imzalanıb.
19 yaşlı futbolçu bu mövsüm İspaniya çempionatında debüt edib. O, ölkə çempionatının ilk oyununda 1-ci turda məhz “Atletiko"ya qarşı matçda qol vurub.