Romelu Lukaku yenidən İtaliya klubunda

16:20 - 31 Avqust 2023

Romelu Lukaku yenidən İtaliya klubunda

İngiltərənin “Çelsi” klubu futbolçusu Romelu Lukakunu icarəyə verib.

 

Manset.az xəbər verir ki, belçikalı forvard mövsümün sonuna qədər İtaliya “Roma”sının formasını geyinəcək. Məlumatı “canavarlar”ın mətbuat xidməti yayıb.

Müqaviləyə satınalma bəndi daxil edilməyib.

Qeyd edək ki, Lukaku ötən mövsümü də İtaliyada keçirib. 30 yaşlı futbolçu “İnter”də oynayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az