"Kəpəz"dən daha bir transfer

18:00 - 01 Sentyabr 2023

\"Kəpəz\"dən daha bir transfer

"Kəpəz" yeni futbolçu ilə güclənib.

 

Manset.az xəbər verir ki, bu barədə Gəncə klubu məlumat yayıb.

Gürcüstanlı Georgi Papunaişvili "sarı-göylər"in şərəfini qoruyacaq. 27 yaşlı yarımmüdafiəçi ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb. 

Tbilisi "Dinamo"sunun yetirməsi olan Papunaişvili ölkəsi ilə yanaşı, Avropada da çıxış edb. O, İspaniyada “Saraqosa” və “Rasinq”də forma geyinib. Kiprin “Apollon” və Serbiyanın “Radniçki” klublarında oynayıb. Gürcüstan yığma komandasında 12 oyuna 2 qol vurub. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Georginin son klubu ölkəsində "Telavi" olub.

Qeyd edək ki, "Kəpəz" bu yay Vurğun Hüseynov, Zamiq Əliyev, Rüfət Əhmədov (icarə, "Qəbələ"), Əli Səmədov,  Ehtiram Şahverdiyev, Elmir Tağıyev (icarə, "Səbail"), Vladislav Vasilyuçek, Olavale Onanuqa, Latir Fal, Vüsal Məsimov, Şakir Seyidovu (icarə, "Sabah") da transfer edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az