Höccət Haqverdi Azərbaycan millisinin düşərgəsini tərk etdi

22:42 - 10 Sentyabr 2023

Höccət Haqverdi Azərbaycan millisinin düşərgəsini tərk etdi

"Neftçi"nin futbolçusu Höccət Haqverdi Azərbaycan milli komandasının düşərgəsini tərk edib.

 

Manset.az AFFA-nın saytına istinadən xəbər verir ki, ötən il noyabrın 20-də Şimali Makedoniya ilə keçirilən beynəlxalq yoldaşlıq oyununda qırmızı vərəqə ilə cəzalandırılan futbolçu İordaniya millisinə qarşı matçda iştirak edə bilməyəcəyi üçün milli komandadan ayrılıb.

Xatırladaq ki, millimiz sentyabrın 12-də beynəlxalq yoldaşlıq oyunu çərçivəsində “Dalğa Arena”da İordaniya millisi ilə qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az