"Tottenhem" Premyer Liqa tarixinin yeni rekorduna imza atıb.
Manset.az "Opta"ya istinadən xəbər verir ki, London təmsilçisi buna 5-ci turda "Şeffild Yunayted"lə matçda imza atıb. Angelos Postekoğlunun komandası 0:1 hesabı ilə geridə olsa da, 90+8-ci dəqiqədə hesabı bərabərləşdiib. "Tottenhem" daha sonra 90+10-da isə qələbə qolunu vurub.
Nəticədə "Tottenhem" Premyer Liqa tarixinin ən gec geri dönüşünə imza atıb.
Maraqlıdır ki, əvvəlki rekord da "Tottenhem"ə məxsus idi. Komanda 2021/2022 mövsümündə “Lester”lə matçda 90+5-ci dəqiqəyə qədər uduzsa da, sonda qələbə qazanmışdı.
Xatırladaq ki, Premyer Liqanın 5 turundan sonra “Tottenhem” 13 xal toplayıb və 2-ci pillədə qərarlaşır.