Azerbaijan flag

Türkiyəli nazir Zəngəzur dəhlizinin regionun inkişafına təsirindən danışdı

17:14 - 11 Noyabr 2026

Türkiyəli nazir Zəngəzur dəhlizinin regionun inkişafına təsirindən danışdı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artacağını bildirib.


Nazir bu barədə Manset.az xəbər portalının baş redaktoru Əli Vəliyevin suallarını cavablandırarkən danışıb.

O qeyd edib ki, Zəngəzur dəhlizinin inşası başa çatdıqdan sonra nəqliyyat sahəsində yük həcmi problemi aradan qalxacaq:

“Zəngəzur dəhlizi inşa edildikdən sonra nəqliyyat sahəsində tutum problemimiz qalmayacaq. İldə 10 milyon tondan çox, böyük ehtimalla 30 milyona yaxın yük nəqli mümkün olacaq. Bu da bizim üçün olduqca vacib və qiymətlidir”, - deyə A.Uraloğlu fikirlərinə əlavə edib.


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az