Azerbaijan flag

Ebola epidemiyası 5 387 nəfərin həyatına son qoydu

15:43 - 11 Noyabr 2026

Ebola epidemiyası 5 387 nəfərin həyatına son qoydu

Konqo Demokratik Respublikasında ötən ilin may ayında başlayan Ebola epidemiyası nəticəsində ölənlərin sayı 5 387 nəfərə çatıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə mayın 5-də qeydə alınan Ebola epidemiyası nəticəsində yoluxma və ölüm hallarının sayı artmaqda davam edir. Hökumətin yaydığı açıqlamada epidemiya səbəbindən həyatını itirənlərin sayının 5 387-yə, yoluxma hallarının sayının isə 11 042-yə yüksəldiyi bildirilib.

Məlumata görə, Konqo Demokratik Respublikasının 26 əyalətindən 8-i epidemiyanın təsirinə məruz qalıb.

Ebola virusunun nadir rast gəlinən Bundibugyo növünün törətdiyi bu epidemiyaya qarşı təsdiqlənmiş hər hansı müalicə üsulu və ya peyvənd mövcud deyil.

Qeyd edək ki, bu epidemiya 2014–2016-cı illərdə Qərbi Afrikada baş vermiş və 11 mindən çox insanın ölümünə səbəb olmuş epidemiyadan sonra qeydə alınan ikinci ən böyük və ən çox ölümə səbəb olan Ebola epidemiyasıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az