Azerbaijan flag

Alman ordusunda SKANDAL - Qadın əsgərlərin 60 faizi cinsi təqibə məruz qalır

15:40 - 11 Noyabr 2026

Alman ordusunda SKANDAL - Qadın əsgərlərin 60 faizi cinsi təqibə məruz qalır

Almaniya Müdafiə Nazirliyinin keçirdiyi sorğu nəticəsində orduda xidmət edən qadın hərbçilərin 60 faizindən çoxunun müxtəlif formalarda təqibə məruz qaldığı məlum olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazirlik tərəfindən hazırlanmış və daha əvvəl mətbuata sızdırılmış sorğunun nəticələri Almaniya ordusunda cinsi xarakterli təqib hallarının ayrı-ayrı hadisələrlə məhdudlaşmadığını, sistemli problem olduğunu göstərib.

Potsdam Hərbi Tarix və Sosial Elmlər Mərkəzinin apardığı araşdırma çərçivəsində qadın və kişi hərbçilərə 41 sualdan ibarət elektron sorğu göndərilib.

Sorğuda 4 mindən çox qadın hərbçi iştirak edib.

Nəticələrə əsasən, qadın hərbçilərin təxminən 40 faizi xidmət müddətində cinsi məzmunlu ifadələrə və ədəbsiz şərhlərə məruz qaldığını bildirib.

İştirakçıların 15 faizi razılıqları olmadan çəkilmiş və ya süni intellekt vasitəsilə dəyişdirilmiş fotoşəkillər əsasında təqib edildiklərini qeyd edib.

Qadın hərbçilərin 8 faizindən çoxu fiziki hücuma məruz qaldığını, 2 faizi isə konkret cinsi zorakılıq halları ilə üzləşdiyini bildirib.

Araşdırma orduda cinsi xarakterli zorakılıq və təqib hallarının qeydə alınması və bu barədə şikayətlərin bildirilməsi sahəsində də ciddi problemlərin olduğunu üzə çıxarıb.

Hərbçilərin təxminən üçdə biri rəhbərliyə etibar etmədikləri və ya şikayətlərinin ciddi qəbul olunmayacağını düşündükləri üçün üzləşdikləri hadisələr barədə məlumat vermədiklərini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az