Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğdə edilən həm birdəfəlik, həm də taksit ödənişlərinə əlavə 5% bonus təqdim olunur.
Kampaniya
Birbank Taksit kartı istifadəçilərinə noyabr ayı ərzində alış-verişlərini daha
sərfəli etməklə yanaşı, taksitli ödənişlərdən də bonus qazanmaq imkanı yaradır.
Bu ayın endirim fürsətlərindən yararlanarkən Birbank Taksit kartı ilə
alış-veriş edərək qazancınızı daha da artıra və kampaniya çərçivəsində əlavə 5%
bonus qazana bilərsiniz.
Qeyd
edək ki, kampaniya aylıq bonus kateqoriyası seçən və seçməyən bütün müştərilər
üçün keçərlidir. Əlavə 5% bonus mövcud bonus kateqoriyalarından əlavə
hesablanır. Kampaniya çərçivəsində bir müştərinin qazana biləcəyi bonusun
maksimal məbləği 30 bonus təşkil edir.
Kampaniyadan yararlanmaq üçün qeydiyyatdan keçmək mütləqdir.
Qeydiyyat
üçün: https://www.b-b.az/novcc
Daim
ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə
nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 120
filial, 48 şöbədən və 15 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial
şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.