Azerbaijan flag

Avtomobili piyadaların üzərinə sürdü - 3 nəfər öldü

15:56 - 11 Noyabr 2026

Avtomobili piyadaların üzərinə sürdü - 3 nəfər öldü

ABŞ-nin Los-Anceles şəhərində avtomobil piyadalara və küçə satıcılarına çırpılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib, daha 3 nəfər yaralanıb.

Los-Anceles Polis İdarəsinin sosial şəbəkə hesabında yayılan açıqlamada bildirilir ki, şəhərin Nort-Holivud rayonunda, metro stansiyasının girişinin yaxınlığında yolsuzluq avtomobili (SUV) küçə satıcıları və piyadaların olduğu izdihamın üzərinə sürülüb.

Açıqlamada avtomobilin sürücüsünün də xəstəxanaya çatdırıldığı və vəziyyətinin ağır olduğu qeyd edilib.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmaya başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az