Azerbaijan flag

“Zəngəzur dəhlizi Türk dünyasına birbaşa bağlantı yaradacaq” - Abdulkadir Uraloğlu

16:54 - 11 Noyabr 2026

“Zəngəzur dəhlizi Türk dünyasına birbaşa bağlantı yaradacaq” - Abdulkadir Uraloğlu

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin yeni adı ilə TRİPP koridorunun region üçün əhəmiyyətindən danışıb.


Manşet.az xəbər verir ki, nazir saytımızın baş redaktoru Əli Vəliyevin suallarını cavablandırarkən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətinə və yeni nəqliyyat dəhlizinin perspektivlərinə toxunub.

Abdulkadir Uraloğlu bildirib ki, Bakı-Tbilisi-Qars xətti Türkiyə və Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu marşrut üzrə gözlənilən həcmdə yük daşınmasa da, xətt öz dəyərini qoruyur:

“Azərbaycanla Türkiyə arasında Gürcüstan da daxil olmaqla Bakı-Tbilisi-Qars xəttini keçmişdə işlətməyə götürmüşdük. İstədiyimiz qədər yük daşıya bilməməyimizə rəğmən həmin xətt bizim üçün qiymətlidir. Hazırda isə sizin dəhliz, bizimsə koridor adlandırdığımız Zəngəzur, ya da yeni adıyla desək, TRİPP koridorunu bir tərəfdən siz, bir tərəfdən isə biz inşa edirik. Arada qalan hissəni isə ABŞ inşa edəcək. Nəticə etibarilə, layihə başa çatdıqda Azərbaycana, Türk dünyasına birbaşa bağlanan daha qısa yol və yüksək standartlı bir quru yolunu istifadəyə verəcəyik”.

Nazir qeyd edib ki, TRİPP koridorunun istifadəyə verilməsi Azərbaycan və Türkiyə arasında nəqliyyat əlaqələrinin genişlənməsinə, eyni zamanda Türk dünyasına daha qısa və birbaşa quru yolu bağlantısının yaranmasına imkan verəcək.


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az