Millimizin üzvü Çempionlar liqasında debüt Etdi

01:16 - 29 Sentyabr 2021

Millimizin üzvü Çempionlar liqasında debüt Etdi

Beşiktaş"da çıxış edən U-19 millimizin futbolçusu Berkay  Vardar "qara qartallar"ın əsas komandası ilə ilk oyuna çıxıb.

 

Manset.az xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən "Ayaks"la matçda (0:2) iştirak edib. 18 yaşlı yarımmüdafiəçi 73-cü dəqiqədə Umut Meraşın əvəzinə meydana daxil olub. 

 

 

Bununla da o həm "Beşiktaş"ın əsas komandasında, həm də ÇL-də debüt edib.

Qeyd edək ki, sözügedən görüşdə "Beşiktaş"ın 11 futbolçusu zədə səbəbindən heyətdə yer almayıb. Bu səbəbdən baş məşqçi Sergen Yalçın gənc oyunçulara şans verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az