Bu gün “Qarabağ” “Neftçi”ni qəbul edəcək

09:30 - 18 Dekabr 2023

Bu gün “Qarabağ” “Neftçi”ni qəbul edəcək

Bu gün Azərbaycan Premyer Liqasının 17-ci turuna yekun vurulacaq.

 

Manset.az xəbər verir ki, turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq: saat 20:00-da “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

Bu, iki komanda arasında ölkə çempionatları çərçivəsində 93-cü qarşılaşma olacaq. Əvvəlki 92 matçda “köhlən atlar” böyük üstünlüyə malikdirlər. 38 qələbəsi olan Ağdam təmsilçisi 31 dəfə heç-heçə edib. 23 görüşdən xalsız ayrılmış “Qarabağ” top fərqində də öndədir - 118-83. Eyni zamanda, “Qarabağ” doqquz oyundur əzəli rəqibinə uduzmur. Bununla belə, “Neftçi” bu mövsüm çempionatda ən az qol buraxan komandalardan biridir. “Ağ-qaralar”ın passivində cəmi 15 qol var ki, bu da ən yaxşı üçüncü göstəricidir.

“Qarabağ” 35 xalla turnir cədvəlində birincidir, “Neftçi” isə ondan on xal az toplayaraq beşinci pillədə qərarlaşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az