Vasif Talıbova məxsus şirkətlər ləğv edilir

13:25 - 15 May 2025

Vasif Talıbova məxsus şirkətlər ləğv edilir

Naxçıvan Muxtar Respublikasında bir zamanlar aktiv fəaliyyət göstərmiş "Gəmiqaya Avtonəqliyyat”, "Avtonax MR” və "Avto GL” şirkətləri ləğv edilir.


Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, ləğv olunduğunu elan edən şirkətlər kreditorlarına müraciət ünvanlayıb ki, iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Cəli̇l Məmmədquluzadə küçəsi, ev 34/2 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Gəmiqaya Avtonəqliyyat” 2022-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 210 050,14 manatdır. "Avtonax MR” 2023-cü ildə 14 142.26 manat nizamnamə kapitalı ilə, "Avto GL” isə 2023-cü ildə 241937 manat nizamnamə kapitalı ilə yaradılıb.

Şirkətlər bir zamanlar Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olduğu bildirilən "Gəmiqaya Holdinq”in tabeçiliyində olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az