ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyul müqaviləsinin dəyəri 1,36% artaraq 1 barelə görə 65,41 ABŞ dolları təşkil edib.
Manset.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 1,41% artaraq 62,49 ABŞ dollarına bərabər olub.